Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib

 

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə dövlət bayramı – Rusiya Günü münasibətilə təbrik məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, məktubda Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə olması məmnunluqla qeyd edilir.

Həmçinin ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin hamısının uğurla reallaşdırılması üçün hökumət xətti üzrə sıx əlaqələrin və konstruktiv işin davam etdirilməsinə hazırlıq ifadə olunur.

15 İyun 2021 00:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə