Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər yolu üzərində körpünün inşası ilə tanışlıq YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olub.

 "Xalq qəzeti" xəbər verir ki, dövlətimizin başçısına körpünün texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaq.

14 İyun 2021 20:02 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə