Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Qızılağac Milli Parkında yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qızılağac Milli Parkının Masallı rayonunun ərazisindən keçən hissəsində “Meşələri yanğından qoruyaq” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.

"Xalq qəzeti" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, tədbirdə Milli Parkın əməkdaşları iştirak edib.

 

Tədbir iştirakçılarına ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən ictimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib və mövzu ilə bağlı suallar cavablandırılıb.

 
14 İyun 2021 16:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə