Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP-da 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilir

İyunun 14-də Yeni Azərbaycan Partiyasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilir.

"Xalq qəzeti" xəbər verir ki, tədbirdə YAP-ın sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə və digərləri iştirak edirlər.

Tədbir iştiraklıları əvvəlcə YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təşkil olunmuş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” mövzusunda gənc rəssamların sənət sərgisi ilə tanış olublar.

Sonra çıxış edən Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Milli Qurtuluş Gününün Azərbaycan xalqının tarixində böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu bildirib. T.Budaqov ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtmasını xalqımızın çoxəsrlik tarixinə taleyüklü siyasi hadisə kimi daxil olduğunu qeyd edib. Vurğulanıb ki, Ulu Öndər öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

YAP Sədrinin müavini vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizin qüdrəti gündən-günə artır. “Dəmir yumruq” əməliyyatı ilə qazanılan tarixi Zəfərin əsasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın bütün sahələrdə və ən əsası, xarici siyasətdə uğurları, eyni zamanda, xalq-iqtidar birliyi dayanır.

Tahir Budaqov əminliklə bildirib ki, Ulu Öndərin dediyi kimi, Azərbaycanın müstəqilliyi əbədi olacaq və ölkəmizin qüdrəti daha da artacaq.

14 İyun 2021 12:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə