Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qulluğu üzrə növbəti test imtahanı iyunun 20-də keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı iyunun 20-də keçiriləcək.

DİM-dən "Xalq qəzeti"nə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat mayın 17-dən iyunun 10-dək aparılıb. 1943 namizəd (BA - 552, BB - 1391) qeydiyyatdan keçib.

İmtahan Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.

14 İyun 2021 11:49 - TƏHSİL
TƏHSİL
23 İyul 2021 | 06:36
ATMU-da məzun törəni

Köhnə versiyamızdan xəbərləri izlə