Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Növbəti buraxılış imtahanları respublikanın 34 şəhər və rayonunda təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 16-da və 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları respublikanın 34 şəhər və rayonunda təşkil olunacaq.

Bu barədə "Xalq qəzeti"nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

14 İyun 2021 11:35 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə