Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, seçkidə vətəndaş cəmiyyəti institutlarının seçki gününə 10 gün qalanadək qeydiyyatdan keçmiş 102 təmsilçisindən 85-i seçici qismində iştirak edib.

Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin iştirakı ilə hesablanıb. İstifadə olunmuş 85 seçki bülletenindən 2-si etibarsız sayılıb.

Səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə Məhərrəmova və “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Qalib Nəbiyev İctimai Şuranın tərkibinə seçiliblər.

Bu seçkilər nəticəsində İctimai Şuranın tərkibi tam formalaşmadığı üçün iyunun 16-da nazirliyin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 77 ünvanında yerləşən inzibati binasında seçkilərin 2-ci turu keçiriləcək.

14 İyun 2021 11:41 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə