Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı rejissorun filmi mükafata layiq görülüb

Rejissor Teymur Qəmbərovun "Quxuroba" filmi MDB ölkələrinin "Dostluq" gənc kinematoqrafçıların beynəlxalq kino məktəbi tənqidçilərinin əsas mükafatına layiq görülüb.

MDB ölkələri gənc kinematoqrafçıları beynəlxalq kino məktəbinin beşinci mövsümü bu il Gürcüstanın Batumi şəhərində gəncləri bir araya gətirib. Kino məktəbinin təşkil etdiyi müsabiqə proqramına 14 ölkədən 31 film daxil olub.

"Quxuroba" filmi Rasim adlı taksi sürücüsünün başına gələn macəralardan bəhs edir. O, müdirindən vacib bir tapşırıq alır. Nəyin bahasına olursa-olsun, gəlinlik paltarını ucqar kəndə çatdırmalıdır. Bu yolda Rasim cavan bir qadını maşınına alır. Onların danışacaqları bir şey olmasa da, bir-birilərinə söyləyəcəkləri nəsə var. Beləliklə, iki fərqli tale bir yolda kəsişir.

Rejissoru və ssenari müəllifi Teymur Qəmbərov olan filmdə Elxan Səmədov, Roza İbadova Koçamaz, Rada Nəsibova, Cahangir Malik, İlqar Dadaş rol alıb.

Xatırladaq ki, sözügedən film European Short Pitch, Image Production, Mastering, Distribution mükafatlarının qalibi olub. Bundan başqa, "Quxuroba" filmi dünyanın ən nüfuzlu festivallarından olan Sarayevo Film Festivalında iştirak edib.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

14 İyun 2021 10:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
25 İyul 2021 | 00:51
Dahi şairin adına layiq

Köhnə versiyamızdan xəbərləri izlə