Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AVRO-2020: Avstriya Şimali Makedoniyanı məğlub edib

AVRO-2020-də daha bir qrupda mübarizəyə start verilib.

"Xalq qəzeti" xəbər verir ki, C qrupunun ilk oyunu Buxarestdə baş tutub.

Avstriya final mərhələlərinin debütantı Şimali Makedoniya ilə qarşılaşıb. Franko Fodanın yetirmələri ilk dəqiqələrdə üstünlüyə yiyələnərək topa daha çox nəzarət edib. Bu müddətdə fərqlənən Ştefan Layner avstriyalıları hesabda önə keçirib.

İqor Anqelovskinin yetirmələri öncə oyunda, ardınca hesabda tarazlıq yaradıb. Çempionatın 4 ən yaşlı futbolçusundan olan Qoran Pandev fərqlənib. 37 yaşlı veteran azarkeşlərini ümidləndirib.

Matçın ikinci yarısı da Avstriyanın üstünlüyü ilə başlayıb. Hissənin ortalarında balkanlılar fəallığı artıraraq ardıcıl hücumlar təşkil edə bilib. Ancaq daha iki qol vuran avstriyalılar 3 xalı 3 qolla qazanıb. Öncə Mikael Qreqoriç, ardınca Marko Arnautoviç fərqlənib.

Qeyd edək ki, qrupda ilk turun digər oyunu da bu gün keçiriləcək. Niderland yığması Ukraynanı sınağa çəkəcək.

AVRO-2020
I tur, 13 iyun
C qrupu
20:00. Avstriya – Şimali Makedoniya - 3:1
Qollar:
 Ştefan Layner, 18, Mixael Qreqoriç, 77, Marko Arnautoviç, 89
- Qoran Pandev, 28
Baş hakim: Andreas Ekberq (İsveç)
Buxarest. “Nasional” stadionu

14 İyun 2021 09:15 - İDMAN
İDMAN
1 Avqust 2021 | 01:26
Müqavilə yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə