Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ağıllı” saat hazırlanır

 

“Facebook” şirkəti kamera kimi işləyə biləcək ilk “ağıllı” saat hazırlayır. Qeyd edilir ki, “Facebook”un istehsalı olan saat belə qurğular üçün ənənəvi fitness funksionala malik olacaq. Daşınan cihazın smartfondan asılı olmaması üçün mobil şəbəkələri dəstəkləməsi imkanı nəzərdən keçirilir. Hər biri saatdan kənarda işləyə biləcək iki kameranın tətbiqi yenilik olacaq. 1080p təsvir ölçüsündə video çəkə bilən ön sensor videorabitə üçün lazımdır. İkinci sensor saatın qolbağında yerləşdiriləcək. Hər iki kamera “Facebook” və “Instagram”a sıx inteqrasiya ediləcək.

Bildirilir ki, “Facebook”un “ağıllı” saatları artıq 2022-ci ilin yayında təqdim edilə bilər. Hələlik bu cihazların hansı əməliyyat sistemində işləyəcəyi və onların qiyməti məlum deyil.

Xəbəri “ferra.ru” yayıb

Elçin ABBASOV, “Xalq qəzeti”

13 İyun 2021 00:58 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə