Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yoluxanların sayı 5 milyonu ötüb

 

 

Koronavirus pandemiyasının statistikasını aparan “worldometers. info” portalının məlumatına görə, ötən ilin martından etibarən Afrika­da COVID–19-a yoluxanların ümumi sayı 5 milyonu ötüb.

Portalın verdiyi məlumata əsasən ümumilikdə pandemiya dövründə qitədə 134 mindən çox insan yeni növ koronavirusun qurbanı olub. Bu rəsmi rəqəmlərin də nisbi olduğunu, Afrikanın aclıq və silahlı münaqişələrlə çalxalanan bir neçə ölkəsində pandemiya ilə bağlı dəqiq məlumatın olmadığını iddia edən ekspertlər, eyni zamanda, qitədə vaksinasiya üzrə vəziyyətin də acınacaqlı olduğu qənaətindədirlər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, Afrika ölkələrinin 90 faizində əhalinin COVID-19 əleyhinə vaksinasiyası ilə bağlı qarşıya qoyulan vəzifələr yerinə yetirilməyib. Belə ki, bütün qitə üzrə cəmi 225 milyon doza vaksin tədarük edilib.

Qitədə qeydə alınan 5 milyon yoluxma faktının 1 milyon 720 mini Cənubi Af­rika Respublikasının payına düşür. Bu ölkədə 57 mindən çox insan yeni növ koronavi­rusdan həyatını itirib. Qitənin ikinci böyük dövləti olan Misirdə pandemiya dövründə 271 min yoluxma və 15500 ölüm faktı qeydə alınıb. Qeyd etmək lazımdır ki, Afrika ölkələri arasında ən fəal vaksinasiya prosesi də məhz bu iki dövlətdə aparılır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

13 İyun 2021 00:56 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə