Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

G7-nin liderləri pandemiya təhlükəsizliyi ilə bağlı bəyanat imzalayacaqlar

 

 

“Yeddilər qrupu”nun (G7) liderləri COVID–19 pandemiyasının təkrarlanmaması üçün Ümumdünya Səhiyyə Təşkilatının yenidən qurulması, peyvəndlərin hazırlanması vaxtının qısaldılması, həmçinin səmərəli müalicə metodlarının və müayinə vasitələrinin işlənib hazırlanması məqsədilə Karbis-Bey bəyannaməsini imzalayacaqlar.

“The National News” nəşri xəbər verir ki, “Yeddilər qru­pu” Avstraliya, Cənubi Kore­ya və Cənubi Afrika liderləri, həmçinin BMT-nin baş katibi Antoniu Quttereşlə birgə dün­yanı koronavirus infeksiyala­rının gələcək təhlükələrindən müdafiə etməyi öhdələrinə götürmüşlər.

Qeyd edilir ki, deklorasiya pandemiyaya hazırlığın təmin olunması üzrə əməkdaşlıq qrupunun müstəqil hesabatına əsaslanır. G7 sammitinə evsahibliyi edən Böyük Britaniya bəyan edir ki, epidemiya təhlükəsinin aşkarlandığı ilk 100 gün gedişin dəyişdirilməsi və idealda pandemiyanın genişlənmənin qarşısını almaq üçün həlledici əhəmiyyətə malikdir.

Deklarasiyada bəyan edilir ki, ölkələr öz diqqətlərini vaksinlərin işlənib hazır­lanması və lisenziyalaşdı­rılması, həmçinin gələcək xəstəliklərin müalicəsi və müayinəsi vaxtının azal­dılmasına yönəldəcəklər. Ölkələr, həmçinin qlobal epi­demioloji nəzarət şəbəkəsinin möhkəmləndirilməsini və ÜST-ün islahatlarını dəstəkləməyi öhdələrinə götürüblər.

ÜST də, öz növbəsində, bəyan edib ki, pandemiyanın müəyyən edilməsi və aradan qaldırılması üçün daha səmərəli sistemlərə kəskin zərurət var.

İyunun 6-da məlum olub ki, Böyük Britaniyanın baş naziri Boris Conson G7-nin liderlərinə öz üzərlərinə 2022-ci ilin sonuna qədər bütün dünya əhalisinin koronavirusa qarşı peyvənd edilməsini təmin etmək üçün öhdəlik götürmələri ilə bağlı müraciət edəcək. Baş nazir əmindir ki, növbəti ilin sonu­na qədər dünya əhalisinin peyvənd edilməsi “dünya səhiyyə tarixində möhtəşəm nailiyyət olacaq”.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

13 İyun 2021 00:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 İyul 2021 | 00:46
ÜST-ün təklifi rədd edildi
23 İyul 2021 | 06:49
Çində güclü daşqın

Köhnə versiyamızdan xəbərləri izlə