Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO Əfqanıstanda Türkiyəyə həlledici rol ayırır

 

 

NATO Kabil beynəlxalq aeroportunda təhlükəsizliyin qorunması, eləcə də ABŞ və Şimali Atlantika alyansının digər qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra hava məkanının idarə edilməsi kimi məsələlərdə Türkiyəyə həlledici rol ayırır. Belə bir bəyanatla hərbi blokun baş katibi Yens Stoltenberq çıxış edib. Məlumatı “Anadolu” verib.

Baş katib iyunun 14-də işə başlaya­caq NATO sammiti ərəfəsində keçirdiyi mətbuat konfransın­da bəyan edib: “Bu gün Türkiyə həmin aeroportun idarə edilməsində həlledici müttəfiqdir. Hazırda bütün müttəfiqlərlə, o cümlədən Türkiyə ilə aeroportun qoruyub saxlanmasına və onun beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinin təmin edilməsinə necə dəstək vermək məsələsi ilə bağlı dialoq aparırıq”.

Şimali Atlantika Alyansının başçısı qeyd edib ki, NATO-nun Əfqanıstandakı missiyanı başa çatdırmaq barədə qərar qəbul etməsinə baxmayaraq, bloka üzv olan ölkələr, əvvəlki kimi, bu ölkədə təhlükəsizliyin təminatına töhfə vermək niyyətindədirlər.

Xatırladaq ki, bir müddət əvvəl Pentaqonun mətbuat katibi Con Kirbi demişdi ki, Vaşinqton Ankara ilə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra Həmid Karzay adına aeroportun təhlükəsizliyinin təminatı ilə bağlı danışıqlar aparır. ABŞ Müdafiə Nazirliyinin rəsmisi qeyd etmişdi ki, Türkiyənin müdafiə naziri Hulusi Akarın ölkəsinin Kabil aeroportunun təhlükəsizliyini qorumağa hazır olması barədə bəyanatı barədə məlumatsızdır. Ancaq Vaşinqton bu mövzu ilə bağlı ilkin danışıqlar aparır və Türkiyə Pre­zidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı istənilən qərarına hörmət göstərir.

Kirbinin sözlərinə görə, ABŞ rəsmiləri Kabil aeroportun­da təhlükəsizliyin qorunub saxlanması məsələsini Türkiyə rəhbərliyi ilə mütəmadi olaraq müzakirə edir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

13 İyun 2021 00:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 İyul 2021 | 00:46
ÜST-ün təklifi rədd edildi
23 İyul 2021 | 06:49
Çində güclü daşqın

Köhnə versiyamızdan xəbərləri izlə