Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün “Böyük yeddilər”in zirvə görüşü başa çatır

 

 

Son günlər dünyanın diqqəti Böyük Britaniyanın Kornuol şəhərinə yönəlib. İki gündür ki, burada “Böyük yeddilər”in növbəti sammiti keçirilir. Görüşdə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ liderləri, eləcə də Avropa İttifaqının nümayəndələri, Avstraliya, Cənubi Afrika və Cənubi Koreya rəhbərləri iştirak edirlər. Hindistanın Baş naziri isə sammitə videoformatda qoşulub.

Tədbir cümə günü pandemiyaya qar­şı qlobal mübarizəyə rəhbərlik etmək, daha firavan və ədalətli bir gələcəyə doğru dünyanı “yenidən daha yaxşı qurmaq” mesajı ilə başlayıb.

“Böyük yeddilər”in əvvəlki görüşləri dəbdəbəli ziyafətlər, böyük nümayəndə heyətləri və mediadan qonaqlarla keçiril­diyi halda, builki zirvə görüşü pandemi­ya səbəbindən ciddi məhdudiyyətlər al­tında baş tutub. Pandemiya səbəbindən keçənilki zirvə görüşü təxirə salınmışdı. Sonuncu dəfə liderlər 2018-ci ildə Fransada toplanmışdılar.

Budəfəki zirvə görüşünün əsas diqqətçəkən məqamı odur ki, Ağ evin yeni administrasiyası yenidən dünyaya liderlik etmək arzusunu ortaya qoymuş­dur. Prezident C.Bayden budəfəki “G-7” toplantısında D.Tramp administrasi­yasından sonra ABŞ-ın daha güclü və etibarlı bir müttəfiq kimi geri döndüyünü göstərmək niyyətindədir. “Woodrow Wilson” Mərkəzinin Qlobal Avropa Proq­ramının direktoru Dan Hamilton deyib ki, “Prezident Bayden ABŞ-ın yenidən Avropaya döndüyünü göstərmək istəyir”.

Zirvə görüşü bu gün sona çatacaq. Lakin Prezident Bayden və xanımı C.Bayden səfərlərinə davam edərək Aİ və NATO sammitlərində iştirak edəcək.

M.HACIXANLI, “Xalq qəzeti”

13 İyun 2021 00:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Sentyabr 2021 | 00:04
Terrorçular zərərsizləşdirilib

Köhnə versiyamızdan xəbərləri izlə