Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görünür, ermənilərin könlünə yenə də “dəmir yumruq” düşüb

Müsahibimiz Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyevadır

 

 

Jalə xanım, ermənilər postmüharibə dövründə də terror aktlarını davam etdirirlər. Bu, nədən xəbər verir?

– Otuz ildir ki, erməni quldurlarının törətdikləri terror aktları dünya birli­yinin gözü qarşısında baş verir. Bu faciəli hadisələr terrorun Ermənistanın dövlət siyasətinin əsasını təşkil etməsindən xəbər verir. 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanın bundan bir nəticə çıxaracağını düşünmək olardı. Ancaq ermənilər öz qəddarlığından əl çəkmir, yenə də günahsız insanla­rı qətlə yetirərərək, faşizmə xas olan xüsusiyyətlərini davam etdirirlər. Bu yaxınlarda Kəlbəcər rayonunun Su­suzluq kəndində öz peşə fəaliyyətlərini yerinə yetirərkən iki media təmsilçimiz-- AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, həmçinin onlarla bərabər Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyev mina partlaması nəticəsində həyatlarını itirdilər. Bu faciə erməni vandalizmi­nin növbəti nümunəsidir. Bu acı xəbər nəinki həmin ailələri, bütövlükdə hər birimizi, xalqımızı dərin kədərə bürüdü. Neçə illər idi ki, Azərbaycanda evlərə, ailələrə şəhid jurnalist tabutları gəlmirdi. Hansı ki, neçə-neçə dəyərli jurnalisti­mizi, qələm əhlimizi–Alı Mustafayevi, Osman Mirzəyevi, Salatın Əsgərovanı, Çingiz Mustafayevi …itirmişdik, onlar qanlı erməni terrorizminin qurbanına çevrilərək şəhid olmuşdular.

– Dünyanın gözü qarşısında baş verən qanlı erməni vandalizmində əsas günahkar kimlərdir?

– Ermənistan silahlı qüvvələrinin, eləcə də ayrı-ayrı erməni diversantla­rının törətdikləri terror aktlarında əsas günahkar bu ölkənin rəhbərləri ilə yana­şı, onun havadarları, qərəzli beynəlxalq təşkilatlar, özlərini münaqişənin tənzimlənməsində vasitəçi adlandıran ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin gənc müstəqil dövlətlərdən demokratiya, obyektivlik tələb edən Av­ropanın və Qərbin bir sıra dövlətləridir. Həmin dövlətlərin rəhbərləri istəsələr, Ermənistana sanksiyalar tətbiq edər və digər cəza növləri ilə terror aktlarını da­yandıra bilərlər. Görünür, dünyada baş alıb gedən ikili standartlar və islamofo­biya hələ də dünya birliyini əsl həqiqəti etiraf etməkdən yayındırır. Ermənilərə havadarlıq edənlərin hamısı Şimaldan Cənubadək, Şərqdən Qərbədək hər kəs günahkardır. Onların vicdanında bu tökülən qanların izi, ləkəsi var.

Çünki Vətən müharibəsinin başa çatmasından 7 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Ermənistan mina­lanmış ərazilərin xəritələrini Azərbaycana vermir, boyun qaçırırlar. Onlara dəstək verənlər elə qərbdəkilər, ATƏT-dəkilər, həmsədrlik institutunda əyləşənlər də faşizm tör- töküntülərinə terror aktlarına, vandalizmə görə ermənilərə “gözün üstə qaşın var” demirlər.

Yenə də oyun oynayırlar, yenə də “bulanıq suda balıq sevdası”ndadırlar. Onlar ədalət, həqiqət, sülh, təhlükəsizlik tərəfdarı olsaydılar, çoxdan erməniləri və Ermənistanı sülhə, əmin-amanlığa vadar edərdilər.

Susuzluq qanlı olayı ilə bağlı bədnam qonşumuz bir daha öz çirkin, murdar iç üzünü açmış, ifşa etmiş oldu. Bir daha nümayiş etdirdilər ki, bu millətin mayası terrorizmdən tutulub. Görünür, qatillərin başı üzərindən “dəmir yum­ruq” əskik olmamalıdır. Əgər yenidən “dəmir yumruğ”u istəmirlərsə, terrordan əl çəkməli və minalanmış ərazilərin xəritələrini təcili Azərbaycana təhvil verməli, cinayətkar əməllərə son qoy­malıdır. Əks halda uduzan yenə onlar olacaq, bu dəfə isə birdəfəlik!

Baş verən qanlı olayı, ümumiyyətlə, terror aktlarını bir daha pisləməklə, lənətləməklə, şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan səbir diləyir, yaralılarımıza isə tezliklə sağalmalarını, normal həyatlarına dönmələrini arzu edirəm.

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

13 İyun 2021 00:36 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə