Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 166 Bakı şəhəri, 9 iyun 2021-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1891; 2018, № 4, maddə 836, № 9, maddə 1916) ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.2. Operatorlar və provayderlər uçota alınmaları üçün “Elektron hökumət” portalına daxil olaraq müvafiq autentifikasiya prosesini keçməklə, bu Qaydanın 1 və 2 nömrəli əlavələrində göstərilən formada ərizəni elektron qaydada doldururlar, elektron imza sertifikatlarından istifadə etməklə imzalayırlar və bu Qaydanın 3.3-cü bəndində göstərilən sənədləri əlavə edərək göndərirlər.”.
2. 3.3.2-ci və 3.8.3-cü yarımbəndlər ləğv edilsin.
3. 3.3.3-cü yarımbənddən “təsdiq olunmuş” sözləri çıxarılsın və həmin yarımbənddə “istisna olmaqla.” sözləri “üçün xidmət müqaviləsinin (müqavilələrin) surəti (surətləri);” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 3.3.4-cü yarımbənd əlavə edilsin:
“3.3.4. ərizə ərizəçinin nümayəndəsi tərəfindən doldurulduğu təqdirdə, müvafiq səlahiyyətini təsdiq edən sənədin surəti.”.
5. 3.7-ci bəndin ikinci cümləsində “olunur” sözü “olunmaqla yanaşı, uçota alınma ilə bağlı elektron təsdiqetmə bildirişi göndərilir.” sözləri ilə əvəz edilsin.
6. Həmin Qaydaya 1 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə” üzrə:
6.1. “Hüquqi şəxsin adı: _____________________” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:
“Rəhbərin vəzifəsi, soyadı və adı: ___________________________”;
6.2. “Fəaliyyət ünvanı: _______________________” sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:
“İnternet informasiya ehtiyatının ünvanı: ______________________”;
“Fəaliyyət növü (biri və ya bir neçəsi seçilməlidir): Operator ☐, İnternet provayder ☐, Host provayder ☐”;
6.3. “Qeyd” hissəsi ləğv edilsin.
7. Həmin Qaydaya 2 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə” üzrə:
7.1. “Fəaliyyət ünvanı: _______________________” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:
“İnternet informasiya ehtiyatının ünvanı:______________________”;
“Fəaliyyət növü (biri və ya bir neçəsi seçilməlidir): Operator ☐, İnternet provayder ☐, Host provayder ☐”;
7.2. “Qeyd” hissəsi ləğv edilsin.
8. Həmin Qaydaya 3 nömrəli əlavə - “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu haqqında bildiriş” üzrə:
8.1. “operator/provayder (lazım olmayanın üstündən xətt çəkilir)” sözləri “____________________________” sözləri ilə əvəz edilsin;
(fəaliyyət növü)
8.2. bildirişin aşağı sol küncünə “Sənədə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks-kod (QR kod)” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə