Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Texnoparkın rezidenti tərəfindən kənd təsərrüfatının inkişafına xidmət edəcək innovativ layihə icra olunur

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən kənd təsərrüfatının, xüsusilə bitkiçiliyin inkişafına xidmət edəcək yeni layihə icra olunur. Belə ki, müəssisənin istehsal etdiyi dronların tətbiq sahələrini genişləndirmək məqsədilə yeni sınaqlar aparılır.

Sınaqlar zamanı pilotsuz uçuş aparatına birləşdirilmiş multispektral kamera vasitəsilə çəkilişlər edilir, əldə edilmiş təsvirlər xüsusi proqram təminatı ilə emal olunaraq sahədəki bitkilərin vegetasiya indeksi, rəqəmsal modeli, orotofotoplanı hesablanır və məlumatlar əsasında hesabat hazırlanır.

Qeyd edək ki, bu innovativ texnologiya bir çox inkişaf etmiş ölkələrdə “ağıllı ferma” texnologiyasının tərkib elementi kimi istifadə olunur.

Yüksək texnologiyaların sürətli inkişafı və tətbiqi gələcəkdə Azərbaycanda “ağıllı kənd təsərrüfatı” sahəsinin inkişafına ciddi təkan verəcək. Bu məqsədlə artıq bir sıra iri kənd təsərrüfatı müəssisələri ilə əlaqələr qurulub və sınaqların nəticələri aidiyyəti mütəxəssislərlə birgə müzakirə edilib. Bu istiqamətdə yeni innovativ texnologiyaların tətbiqi üzrə tərəfdaşlarla birgə işlər aparılır.

Qarabağa qayıdış planının tərkib hissəsi kimi bu bölgədə kənd təsərrüfatının sürətli inkişafına dəstək verməyi nəzərdə tutan sözügedən layihədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişlərinə əsasən, akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələri, eləcə də İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutlarının yaxından iştirakı təmin olunacaq. Aparılacaq birgə tədqiqatlar çərçivəsində bitkilərin vegetasiya dövrü sınaqlarının yenidən analiz olunması, yeni alqoritmlərin işlənilməsi, o cümlədən yeni informasiya bazasının yaradılması planlaşdırılır.

Bununla yanaşı, yüksək texnologiyalar sahəsinə maraq göstərən gənc mütəxəssislərin prosesə cəlb olunması, onların peşəkarlığının artırılması istiqamətində tədbirlər görülür.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

12 İyun 2021 20:18 - TEXNİKA
TEXNİKA
14 İyul 2021 | 00:08
Yeni model istehsal olunub

Köhnə versiyamızdan xəbərləri izlə