Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AVRO-2020: Danimarka – Finlandiya matçı bərpa olunub

AVRO-2020-nin yarımçıq dayandırılan Danimarka – Finlandiya matçı bərpa olunub.

"Xalq qəzeti" xəbər verir ki, Kristian Eriksenin huşunu itirməsi üzündən təxirə salınan matç 42-ci dəqiqədən davam etdirilir.

Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayan qarşılaşma 22:30-da bərpa olunub. Komandalar üç dəqiqə oynadıqdan sonra qısa fasilə ilə ikinci hissəyə çıxıb.

Qeyd edək ki, artıq təhlükəni adlayan Eriksenin durumu qənaətbəxşdir və müayinələrdən keçməlidir.

12 İyun 2021 22:40 - İDMAN
İDMAN
24 İyul 2021 | 00:40
Veynaldum PSJ-yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə