Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AVRO-2020: Danimarka – Finlandiya oyunu təxirə salınıb

AVRO-2020-də qrup mərhələsinin I turunun Danimarka – Finlandiya oyunu təxirə salınıb.

"Xalq qəzeti" xəbər verir ki, buna Kristian Eriksenin durumu səbəb olub.

İlk yarının sonlarında huşunu itirən danimarkalı yarımmüdafiəçi yerə yıxılıb. Oyun dərhal dayandırılıb.

Komandanın həkimləri və tibbi yardım özünü futbolçuya yetirib. Ürəyi dayanan Eriksenə ürək masajı edilib.

Sonradan futbolçular onu tribuna altına aparıblar. Danimarkalı oradan xəstəxanaya aparılacaq.

Bu üzdən Kopenhagendəki matç davam etdirilməyib. Görüşün davam etdirilmə vaxtına UEFA qərar verəcək.

AVRO-2020
12 iyun
I tur, B qrupu
20:00. Danimarka – Finlandiya - 0:0 (oyun dayandırılıb)
Baş hakim: 
Antoni Teylor (İngiltərə)
Kopenhagen. “Parken” stadionu

12 İyun 2021 21:10 - İDMAN
İDMAN
24 İyul 2021 | 00:40
Veynaldum PSJ-yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə