Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AVRO-2020: Türkiyə millisi Bakıya gəlib- FOTOLAR

Futbol üzrə Türkiyə millisi Bakıya gəlib.

"Xalq qəzeti" xəbər verir ki, AVRO-2020-də mübarizə aparan qardaş ölkə təmsilçisi az əvvəl paytaxtımıza çatıb.

A qrupunda mübarizə aparan “ay-ulduzlular” Romada İtaliyaya 0:3 hesabı ilə uduzduqdan sonra Azərbaycana səfər edib. Bakı vaxtı ilə 14:00-da Romadan çıxan Şenol Günəşin komandası təxminən 5 saatlıq uçuşdan sonra ölkəmizə çatıb. Qrupdakı son iki görüşünə Bakıda hazırlaşacaq qonşu ölkə təmsilçisinin futbolçu və məşqçi heyəti ilə yanaşı TFF rəsmiləri də Azərbaycana gəliblər.

Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

 
12 İyun 2021 19:02 - İDMAN
İDMAN
21 Sentyabr 2021 | 00:04
Milli komanda Avropa çempionu olub
18 Sentyabr 2021 | 23:35
Həftənin ən yaxşı futbolçusu
17 Sentyabr 2021 | 00:18
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə