Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AVRO-2020: Bakıda ilk qol vurulub

AVRO-2020-nin ikinci oyun günündə ilk qol vurulub.

"Xalq qəzeti" xəbər verir ki, bu, Bakıda keçirilən Uels – İsveçrə görüşündə baş verib.

Qarşılaşmanın 49-cu dəqiqəsində İsveçrə yığmasının hücumçusu Bril Embolo künc nöqtəsindən gələn ötürməni başla dəqiq tamamlayaraq hesabı açıb. Bu isə Avropa çempionatının final mərhələlərində Bakıda vurulan ilk qol kimi tarixə düşüb. Embolo ümumilikdə AVRO-2020-də 4-cü topun müəllifi olub. Çünki dünən baş tutan Türkiyə - İtaliya qarşılaşması 0:3 hesabı ilə nəticələnib.

Qeyd edək ki, bu gün B qrupu çərçivəsində Danimarka Finlandiya ilə, Belçika isə Rusiya ilə qarşılaşacaq.

 
12 İyun 2021 18:10 - İDMAN
İDMAN
24 İyul 2021 | 00:40
Veynaldum PSJ-yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə