Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855; 2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddələr 1060, 1061; 2016, № 3, maddə 436; 2017, № 10, maddə 1781; 2018, № 2, maddə 217, № 5, maddə 932, № 10, maddə 1990; 2019, № 12, maddə 1953; 2020, № 3, maddə 228, № 6, maddə 690, № 8, maddə 1036; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 aprel tarixli 1322 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.1-ci bəndə “əhaliyə” sözündən əvvəl “tabeliyində olan tibb müəssisələri vasitəsilə” sözləri əlavə edilsin;

1.2. 8.1-1-ci bənd ləğv edilsin;

1.3. 8.5-ci bənddən “uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarəti,” sözləri çıxarılsın;

1.4. 8.5-3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“8.5-3. icbari dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotu qaydasını müəyyən etmək;”;

1.5. 8.10-1-ci bənddə “öz səlahiyyətləri daxilində bədən tərbiyəsi və idmanın təbliğinin forma və metodlarını müəyyən etmək,” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələri istisna olmaqla, digər tibb müəssisələrində bədən tərbiyəsi və idmanın təbliğinin forma və metodlarını müəyyən etmək, habelə” sözləri ilə əvəz edilsin;

1.6. 8.12-ci bənddə “səhiyyə orqanlarına” sözləri “tibb müəssisələrinə” sözləri ilə əvəz edilsin;

1.7. 9.8-ci və 9.9-cu bəndlərdə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639; 2019, № 2, maddə 219; 2020, № 6, maddə 690, № 12 (I kitab), maddə 1483) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 2.3-cü bənd və 3.1.24-1 – 3.1.24-7-ci yarımbəndlər əlavə edilsin:

“2.3. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra – TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni Agentlik həyata keçirir;”;

“3.1.24-1.uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarət etmək;

3.1.24-2. uşaqların icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısını təsdiq etmək, dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotunu aparmaq, dispanserizasiyanın təqvimini müəyyən etmək, dispanserizasiyadan keçmiş uşaqların registrini yaratmaq və aparmaq;

3.1.24-3. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrini yaratmaq və aparmaq;

3.1.24-4. dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registrini yaratmaq və aparmaq;

3.1.24-5. “TƏBİB”in tabeliyində olan tibb müəssisələrində bədən tərbiyəsi və idmanın təbliğinin forma və metodlarını müəyyən etmək, habelə kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsində, fiziki inkişafında və sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etmək;

3.1.24-6. bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirmək, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak etmək;

3.1.24-7. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində tabeliyindəki tibb müəssisələrinə həvalə edilən məsələləri həll etmək;”;

2.2. 3.1.11-1-ci yarımbənddə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (bundan sonra –TƏBİB)” sözləri “TƏBİB-in” sözü ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2021-ci il

12 İyun 2021 16:50 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə