Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2012-ci il 13 noyabr tarixli 2542 nömrəli, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 10 dekabr tarixli 150 nömrəli, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014 – 2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 13 iyun tarixli 550 nömrəli, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015 – 2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli, “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 may tarixli 64 nömrəli, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018 – 2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 avqust tarixli 393 nömrəli və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 312-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 582; 2010, № 2, maddə 80; 2016, № 6, maddə 1028; 2019, № 5, maddə 911; 2020, № 8, maddə 1064) ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nın III hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12-ci və 15-ci bəndlərin “İcra orqanları” sütununa “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

1.2. 13-cü bəndin “Tədbirlərin adı” sütununun ikinci abzasında “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz olunsun və həmin bəndin “İcra orqanları” sütununa “Maliyyə Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2018, № 11, maddə 2378; 2019, № 2, maddə 257, № 5, maddə 877; 2020, № 8, maddə 1064) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.7-ci bəndin ikinci abzasına “Komitəsi,” sözündən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin;

2.2. 2.8-ci bəndin ikinci abzasına “Komitəsi ” sözündən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

2.3. 2.15-ci bəndin ikinci abzasından “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının” sözləri çıxarılsın və həmin abzasa “nazirlikləri,” sözündən sonra “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin;

2.4. 4.18-ci bəndin ikinci abzasına “Səhiyyə Nazirliyi” sözlərindən sonra “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 noyabr tarixli 2542 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1153; 2016, № 9, maddə 1464) ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”na aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.2-ci bəndə “Səhiyyə Nazirliyi” sözlərindən sonra “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

3.2. 4-cü hissənin 2.2-ci, 3.1-ci, 3.3-cü və 5.2-ci bəndlərinin “İcraçı orqanlar” sütununa “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 150 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1571) ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.1.1-ci yarımbəndin “İcraçı orqanlar” sütununda “Səhiyyə Nazirliyi” sözləri “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

4.2. 4.2.1-ci, 4.3.5-ci, 4.4.1-ci, 4.4.3-cü, 4.4.4-cü və 4.5.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununa “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

4.3. 4.5.3-cü yarımbəndin “İcraçı orqanlar” sütununa “Komitəsi,” sözündən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin.

5. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014 – 2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 550 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 682) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında və 1-ci hissədə “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin;

5.2. həmin Sərəncamla təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014 – 2020-ci illər üçün Dövlət Proqramı” üzrə:

5.2.1. adında “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin;

5.2.2. 4.1.2-ci, 4.4.1-ci və 4.4.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununa “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə olunsun və “İcra müddəti (illər üzrə)” sütununda “2020” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilsin;

5.2.3. 4.3.2-ci, 4.3.4-cü, 4.6.3-cü, 4.6.4-cü və 4.6.5-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununa “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

5.2.4. 4.7.1-ci yarımbəndin “İcraçı orqanlar” sütununa “Səhiyyə Nazirliyi,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin;

5.2.5. 4.7.2-ci yarımbəndin “İcraçı orqanlar” sütununa “Səhiyyə Nazirliyi,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə olunsun və “İcra müddəti (illər üzrə)” sütununda “2020” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1532; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015 – 2020-ci illər üçün Strategiya”nın 9-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 9.1.2-ci yarımbəndin “İcraçılar” sütununa “Komitəsi,” sözündən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin;

6.2. 9.2.1-ci yarımbəndin “Fəaliyyət istiqamətləri” sütununun 3-cü bəndi üzrə “İcraçılar” sütununda “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

6.3. 9.2.2-ci yarımbəndin “İcraçılar” sütununa “Texnologiyalar Nazirliyi,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin;

6.4. 9.3.1-ci yarımbəndin “İcraçılar” sütununa hər iki halda “Maliyyə Nazirliyi” sözlərindən sonra və beşinci halda “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

6.5. 9.3.3-cü yarımbəndin “İcraçılar” sütununa birinci halda “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

6.6. 9.4.2-ci yarımbəndin “İcraçılar” sütununa ikinci və üçüncü hallarda “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

6.7. 9.5.2-ci yarımbəndin “İcraçılar” sütununa “Komitəsi” sözündən və ikinci halda “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1689; 2018, № 5, maddə 1066; 2019, № 6, maddə 1085; 2020, № 4, maddə 431) ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramı”nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. 5.2.1-ci, 5.2.2-ci, 5.2.9-cu və 5.2.11-ci yarımbəndlərin “İcraçılar” sütununa “yerli” sözündən əvvəl “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin;

7.2. 5.2.3-cü yarımbəndin “İcraçılar” sütununa “Komitəsi” sözündən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

7.3. 5.2.4-cü və 5.2.5-ci yarımbəndlərin “İcraçılar” sütununa “Təhsil Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

7.4. 5.2.6-cı və 5.2.7-ci yarımbəndlərin “İcraçılar” sütununa “Səhiyyə Nazirliyi” sözlərində sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 may tarixli 64 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1002; 2020, № 8, maddə 1065) ilə təsdiq edilmiş “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

8.1. 5.1.1-ci yarımbəndin “İcraçılar” sütununa “İdman Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

8.2. 5.1.2-ci yarımbəndin “İcraçılar” sütununa “Müdafiəsi Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

8.3. 5.1.3-cü yarımbəndin “İcraçılar” sütununa “Nazirliyi” sözündən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

8.4. 5.1.5-ci yarımbəndin “İcraçılar” sütununa “Kənd Təsərrüfatı Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

8.5. 5.5.3-cü yarımbəndin “İcraçılar” sütununa “Müdafiəsi Nazirliyi,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli 393 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1727) ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018 – 2022-ci illər üçün Dövlət Proqramı”nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

9.1. 5.1.1-ci, 5.1.2-ci, 5.2.1-ci, 5.3.4-cü, 5.3.5-ci, 5.3.6-cı, 5.4.3-cü, 5.4.4-cü, 5.5.1-ci və 5.5.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununa “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

9.2. 5.3.3-cü və 5.3.9-cu yarımbəndlərin “İcraçı orqanlar” sütununa “Müdafiəsi Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

9.3. 5.3.7-ci və 5.5.3-cü yarımbəndlərin “İcraçı orqanlar” sütununa “Təhsil Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1375) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020 – 2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

10.1. 12.2.4-cü yarımbəndin “İcraçılar” sütununa “Daxili İşlər Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin;

10.2. 12.3.4-cü yarımbəndin “İcraçılar” sütununa “Səhiyyə Nazirliyi,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin;

10.3. 12.5.3-cü yarımbəndin “İcraçılar” sütununa “Texnologiyalar Nazirliyi,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

10.4. 12.6.3-cü yarımbəndin “Tədbirlərin adı” sütununda “səhiyyə” sözü “tibb” sözü ilə əvəz olunsun və həmin yarımbəndin “İcraçılar” sütununa “Təhsil Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2021-ci il

12 İyun 2021 16:31 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə