Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ləğv prosesində olan “Başak-İnam Sığorta Şirkəti” ASC səhmdarlarının nəzərinə!

 

Ləğv prosesində olan “Başak-İnam Sı­ğorta Şirkəti” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 27 iyul 2021-ci il saat 11.00-da Bakı şəhəri, Zahid Xəlilov küçəsi 206D nömrəli ünvanda keçiriləcəkdir.

“Başak-İnam Sığorta Şirkəti” ASC (bundan sonra cəmiyyət) səhmdarlarının növbəti ümumi yığınca­ğının gündəliyi:

1. Cəmiyyətin 2020-ci il üzrə fəaliyyətinin yekunu haqqında.

2. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə aid müstəqil audit şirkətinin hazırladığı 2020-ci il üzrə illik audit hesa­batının müzakirəsi və təsdiq edilməsi.

3. Cəmiyyətin aralıq balansının müzakirəsi və təsdiq edilməsi.

4. Cəmiyyətə vaxtı keçmiş olan borc­lar üzrə tələb hüququnun ötürülməsinin müzakirəsi.

5. Cəmiyyətin xalis aktivlərinin səhmdarlar arasında bölüşdürülməsinin müzakirəsi.

6. Sair məsələlər.

Səlahiyyətli nümayəndənizin adının əvvəlcədən bildirilməsini, vəkalətnaməsi və şəxsiyyət vəsiqəsi ilə birlikdə 27 iyul 2021-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda olmasını təmin etməyiniz xahiş olunur.

12 İyun 2021 01:04 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Avqust 2021 | 00:50
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə