Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi AÇIQ TENDER ELAN EDİR

 

Tender 2 lot üzrə keçiriləcəkdir.

Lot-1. 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisinin (tikintinin davamı) satın alınması.

Lot-2. Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinin (tikintinin davamı) satın alınması.

İddiaçılara təklif edilir ki, “Dövlət satınal­maları haqqında” Azərbaycan Respublika­sının qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış 2 nüsxədən ibarət (əsli və surəti yazılmış) ayrı-ayrı zərflərdə olmaqla yazılı surətdə təqdim etsinlər.

İddiaçılar hər lot üçün 400,00 (dörd yüz) manat məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası­nın Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A, (012) 565-12-41) ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarıl­mır.

Rekvizitlər:

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

VÖEN- 1400049171

Bankın adı- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- АZ41NABZ01360100000000003944

S.W.İ.F.T BİK- CTREAZ22

H/h- АZ81CRTE00000000000002128201

Fond -7

İqtisadi təsnifat kodu-142330

Xəzinə hesab kitabı -002730

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tender təklifləri möhürlənib imzalanmış ikiqat bağlı zərfdə 29 iyul 2021-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim edilməlidir.

İddiaçılar tenderdə iştirak üçün aşağıda­kı sənədləri (tender təklifi və təklifin 1 faizi məbləğində bank zəmanəti istisna olmaqla) zərfdə 22 iyul 2021-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- təmir-tikinti və quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya və baş podratçı kimi fəaliyyətini təsdiq edən sənədlər mütləqdir;

- müəssisənin maddi -texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;

- son üç ildə şirkət tərəfindən baş podratçı kimi təmir-tikintisi başa çatdırılan obyektlərin istismara verilməsini təsdiq edən sənədlər (müqavilələr, istismara icazə aktı və sair);

- dəyəri 3.0 (üç) milyon ABŞ dollarına ek­vivalent məbləğdən yuxarı olan obyektlərdə baş podratçı kimi fəaliyyət göstərməsini və müvafiq olaraq 3 (üç) illik maliyyə dövriyyəsinin bu məbləğdən az olmadığını təsdiqləyən sənədlər;

- məhkəmə çəkişmələrində iştirak etməmələri barədə arayış;

- iddiaçıların səhiyyə müəssisələrinin təmir-tikintisində təcrübəsi barədə müva­fiq müqavilələrin surəti və yüksək maliyyə dövriyyəsinə malik olması barədə bankdan arayış;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi.

- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri (hüquqi sənədlərin surəti, notarial qaydada təsdiq olmalıdır).

- iddiaçının vergilərə və digər icbari ödənişlərə aid borcunun olub-olmaması haqqında müvafiq arayış.

- iddiaçıların tender təklifləri (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və ümumi təklifin 1 faizi həcmində tender təklifinin bank zəmanəti (təklifin qüvvədə olma müddətindən 30 bank günündən çox olmalıdır) iki nüsxədən ibarət (əsli və surəti yazılmış) ikiqat bağlı zərfdə 29 iyul 2021-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri yuxarıda qeyd olunan ünvanda 30 iyul 2021-ci il saat 15.00-da açılacaqdır.

Tender komissiyası

12 İyun 2021 01:02 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Avqust 2021 | 00:50
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə