Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi maşın və avadanlıqların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 

Açıq tenderdə iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik fiziki şəxlər, mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan­lara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsi zamanı aşağı qiymət, təcrübə və xidmətin ən qısa vaxtda təhvil verilməsi meyarlarına üstünlük veriləcəkdir:

İştirak haqqı 300 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərən (podratçı) iştirak haq­qının ödənilməsini təsdiqləyən bank sənədini təqdim etdikdən sonra əsas şərtlər toplusunu Azərbaycan Respub­likasının Medianın İnkişafı Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllədə yerləşən inzibati binasından götürə bilər.

İştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

B-1. Benefisiar bank

Adı- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ­41NABZ01360100000000003944

S.W.I.F.T BIK: CTREAZ22

B-2. Vəsaiti alan

Adı:- “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”

H/h- AZ78C­TRE00000000000005547602

VÖEN- 1001667391

Büdcə səviyyəsinin kodu -7

Büdcə təsnifatının kodu -142330

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün ərizə;

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (asan ödəniş);

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid əsas şərtlər toplusunda qeyd edilən məlumatlar;

- tender təklifi (təkliflər açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 fai­zi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə etirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

-malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti və məcburi dövlət sosial sığorta üzrə hesabat.

Göstərilən sənədlər Azərbaycan dilində düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.

Təklifin qiyməti bütün vergi, nəqliyyat və sığorta xərcləri daxil edilərək manatla hesablanıb ifadə edilməldir.

İddiaçılar tenderdə iştirak üçün tələb olunan sənədləri elektron portal vasitəsilə 6 iyul 2021-ci il yerli vaxtla saat 11.00-a qədər təqdim etməlidirlər. Təkliflərin son təqdimatı vaxtı 14 iyul 2021 -ci il yerli vaxtla 11.00 -a qədərdir.

Iddiaçıların təklifləri 15 iyul 2021-ci il saat 11.00-da portal vasitəsi ilə açılacaq-dır.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

12 İyun 2021 01:01 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Avqust 2021 | 00:50
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə