Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AZERCELL CUP” müsabiqəyə start verdi

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada koman­dasının tərəfdaşı “Azercell Tele­kom” MMC proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsini elan edir. 5-7-ci sinif şagirdlərinin iştirak edə biləcəyi bu tədbir lider mobil operatorun 25 illik yubileyinə həsr olunub.

Müsabiqəyə qeydiyyat www.olimpiada.edu.az saytı üzərindən iyun ayının 10-dan 20-dək davam edəcək. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutacaq. İki mərhələdən ibarət müsabiqənin final turu növbəti tədris ilinin əvvəlinə planlaşdırılıb. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

Müsabiqənin məqsədi rəqəmsal tex­nologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir.

Xatırladaq ki, 2017-ci ildən etibarən infor­matika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlər fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaş­dırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.

“Xalq qəzeti”

12 İyun 2021 00:53 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Avqust 2021 | 00:50
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə