Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tarix yazan şəhidlər” adlı abidənin açılış mərasimi keçirilib

 

 

Beyləqan rayonu Milabad qəsəbəsində “Tarix yazan şəhidlər” adlı abidənin açılış mərasimi keçirilib.

 

Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, Vətən müharibəsində şəhid olan hərbi qulluqçula­rın xatirəsinə həsr olunmuş abidənin açılışında şəhidlərin yaxınları, döyüş yoldaşları, hərbi qulluqçular, məktəblilər və qəsəbə sakinləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ərazi bü­tövlüyümüz, müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, ordumu­zun Vətən müharibəsində yazdığı tarixi salnamədən, ərazi bütövlüyümüz uğrunda şəhid olanların qisasının düşməndən layiqincə alındı­ğından danışıblar.

Şəhidlərin yaxınları abidənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirərək dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd ediblər.

Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunan şeirlər söyləyiblər.

“Xalq qəzeti”

12 İyun 2021 00:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə