Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Doktorantların 67,9 faizi ali məktəblərdə təhsil alır

Bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, doktoranturalarda 55,4 faizi qadın olmaqla 3187 nəfər təhsil alıb. Onların 78,8 faizi fəlsəfə, 21,2 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb.

Təhsil alanların 32,1 faizi elmi müəssisə və təşkilatların, 67,9 faizi isə ali məktəblərdə yaradılmış doktoranturaların payına düşür.

11 İyun 2021 16:50 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə