Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan: FETÖ təkcə Türkiyə deyil, Qırğızıstan üçün də təhlükədir

 

 

FETÖ terror qruplaşması təkcə Türkiyənin deyil, Qırğızıstanın milli təhlükəsizliyi üçün də ciddi təhlükədir. Bu sözləri Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarov ilə Ankarada təkbətək və geniş nümayəndə heyətlərinin iştirakı ilə aparılan müzakirələrdən sonra birgə mətbuat konfransında deyib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə dövləti qardaş Qırğı­zıstana FETÖ ilə mübarizə aparmaqda hər cür yardım göstərəcək. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək, ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaq hədəf qoyulub. Türkiyə ilə Qırğızıstan arasında hava reyslərinin sayının artırılması barədə də qərar qəbul olunub.

Qırğız Respublikasının müstəqilliyinin 30-cu ildönü­münü təbrik edən Prezident R.T. Ərdoğan bildirib ki, Türkiyə bu suverenliyi ilk ta­nıyan ölkə olub. Qeyd olunub ki, türkdilli dövlətlər arasında sıx əməkdaşlığın yaranma­sı vacibdir. Bu istiqamətdə TÜRKSOY mühüm rol oyna­ya bilər.

Prezident Sadır Japarov, öz növbəsində, ölkəsinin inkişafına və təhlükəsizliyinə göstərdiyi diqqət və qay­ğıya görə rəsmi Ankaraya minnətdarlıq edib. O, bildirib ki, səfər çərçivəsində Türkiyə sərmayəsinin Qırğızıstana cəlb olunması məsələsi müzakirə olunub.

Qırğızıstan Prezidenti dünən Qırğızıstan–Türkiyə strateji əməkdaşlıq Şura­sının 5-ci iclasında iştirak edib. Prezident S.Japarovun Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop ilə də görüşü plan­laşdırılıb. Səfər bu il iyunun 11-də başa çatacaq.

M.HACIXANLI, “Xalq qəzeti”

11 İyun 2021 00:28 - SİYASƏT
SİYASƏT
17 İyun 2021 | 05:59
Tarixi əhəmiyyətli səfər

Köhnə versiyamızdan xəbərləri izlə