Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil–Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi AÇIQ TENDER ELAN EDİR

 

 

 

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Mal-materialların, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, təsərrüfat malları və dəftərxana ləvazimatlarının satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elekt­ron imzaları vasitəsilə daxil olsunlar və açıq tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirak­çıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 500 (beş yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat – Mingəçevir Şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi

VÖEN - 2700195471

BANK - “Kapital Bank” ASC-nin Mingəçevir filialı

VÖEN - 9900003611

H/h – AZ93AIIB330010019442900240129

M/h - AZ37NABZ01350100000000001944

Kod - 200297

SWIFTBIK. AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğdə bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Sənədlər Azərbaycan dilində tərtib olunma­lıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uy­ğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 6 iyul 2021-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatını isə 14 iyul 2021-ci il saat 11.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 15 iyul 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur­lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

11 İyun 2021 00:23 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə