Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qusar Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Qusar Suvarma Sistemləri İdarəsi

1 aqreqatlı “III Beynəlmiləl “ nasos stansiyasının elektrik təchizatı üçün 35/10 kilovoltluq,“Yeni Həyat “yarımstansiyasının (yarımstansiyanın açıq tipli paylayıcı qurğusunda) (APO) 35/10 kilovoltluq hava xəttinin girişində “RLND -35” tipli xətt ayırıcısı və açarlı yuvanın, yarımstansiyanın 10 kilovoltluq paylayıcı qurğusunun girişində (PQ) 1600 amperlik gərginlik transformatorunun və 5 ədəd vakuum açan modul tipli yuvaların quraşdırılması və əsaslı təmiri işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dovlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər.Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

– aşağı qiymət, yüksək keyfiyyət , müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 30-na kimidir .

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qayda­da əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- Abuyev Aslanşah Qubaşah oğlu.

Ünvan-Qusar şəhəri, Ç.Qurbanov küçəsi 21A.

E-mail: [email protected]

Telefon- 070-939-50-40.

Maraqlananlar (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştiraka görə elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 ( bir yüz) ma­nat məbləğdə vəsait ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:

H/h-AZ59 CTRE00000000000002354801

VÖEN-4700132701

Bank-Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN-1401555071

Kod-210005

Büdcə gəlirlərinin təsnifat kodu-142330

Büdcə səviyyəsinin kodu-7

M/h-AZ41NABZ01360100000000003944

S.W.İ.F.T:CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

– iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi:

– tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

– tender təklifinin birinci əlavəsi kimi tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı-bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən) ən azı 30 (otuz ) bank günü çox olmalıdır);

– malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Bu sənədlərə aşağıdakılar daxildir:

– vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

– iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– maliyyə vəziyyəti haqqında arayış;

– son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respub­likasının Vergi Məcəlləsilə müəyyənləşdirilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

– iddiaçının nizamnaməsi;

– dövlət reyestrindən çıxarış (qeydiyyatdan keçdiyi ölkə);

– iddiaçının rekvizitləri.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 13 iyul 2021-ci il saat 15.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 23 iyul 2021-ci il saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olun­mayacaqdır.

Tender təklifi zərfləri 26 iyul 2021-ci il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

 

11 İyun 2021 00:10 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə