Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar blanklarının hazırlanması (çap olunması) məqsədilə

 

TENDER ELAN EDİR

1.Tenderin predmeti: yüksək poliqrafik səviyyədə CİP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə

- Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün 150 000 ədəd icazə vəsiqəsinin,

- Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün 20 000 ədəd icazə vəsiqəsinin,

- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə 30 000 ədəd qərar blankının çapı təklif olunur.

2. Tender iştirakçıları dövlət satınalmaları­nın https://www.etender.gov.az/ vahid internet portalına (portala) elektron imza vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə etməlidirlər.

3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri portal vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

3.1 İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qey­diyyatdan keçdiyi ölkə və bank rekvizitləri.

3.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat və ana­loji iş təcrübəsini təsdiq edən sənədlər.

3.3. İddiaçı təklifin dəyərinin 1(bir) faizi həcmində bank təminatı təqdim etməlidir.

3.4. İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

3.5. İddiaçının son bir il ərzində fəaliyyəti barədə vergi orqanları tərəfindən təsdiq olun­muş maliyyə hesabatının surəti.

3.6. Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqalarından arayış.

3.7. Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

4. İstehsal şəraiti və məhsulları beynəlxalq standartların tələblərinə cavab verən vəsiqələrin, blankların və ya analo­ji məhsulların çapı sahəsində iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanu­nu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi- texniki ba­zası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər.

5. Tender təkliflərində iddiaçı tender pred­metini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməli və çap ediləcək vəsiqələrin və blankların nümunələrindən bir nüsxəni tender komissiyasına təqdim etməlidir.

6. Vəsiqələr və blanklar qoruyucu elementlərə malik olmalı, yüksək poliqrafik səviyyədə hazırlanmalı və kağızı beynəlxalq standartlara uyğun olmalıdır.

7. Vəsiqələrin və blankların hazırlanması məqsədilə keçirilən tenderdə iştirak etmək istəyən iddiaçılar tenderdə iştirak üçün 500 (beş yüz) manat iştirak haqqı ödədikdən sonra tenderin şərtlər toplusunu portal vasitəsilə əldə edə bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Ünvan- Bakı şəhəri, S. Vurğun küçəsi 135.

Tenderin iştirak haqqı “ASAN Ödəniş” siste­mi ilə bu hesaba köçürülməlidir:

VÖEN 1400108191

Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

M/h- AZ41NABZ01360100000000003944

VÖEN- 1401555071

S.W.İ.F.T. BİK- CTREAZ22

Maliyyə Nazirliyi kitab - 002527-2108571

Hh-AZ83CTRE00000000000002108571

Büdcə səviyyəsinin kodu - 7

Təsnifatın kodu - 142340

8. İddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2 iyul 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatını isə 12 iyul 2021-ci il saat 11.00-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

9. İddiaçıların təklifləri 13 iyul 2021-cı il saat 11.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır.

Təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılacaqdır.

10. Tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxs -komissiya üzvü Aydın İsayevdir. Telefon- (99412) 404-46-94.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və ingilis dilinə tərcümə edilmişdir.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

11 İyun 2021 00:09 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 İyun 2021 | 06:07
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə