Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəristiliktəchizat” ASC qaz avadanlıqlarının və onların ehtiyat hissələrinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Qaz avadanlıqlarının və onların ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçıları dövlət satınal­malarının https:/www.etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsi ilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəyə, maliyyə vəziyyətinə, aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri poten­sial meyarlara üstünlük veriləcəkdir.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən son­ra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

H/h- AZ62Aİ­İB33010019442200226122

VÖEN- 1700531291

“Kapital Bank”ın Qaradağ filialı

Kod- 200220

VÖEN- 9900003611

M/h- AZ­37NABZ01350100000000001944

SWİFT- AİİBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin ol­maması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi sta­tusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satı­nalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (ten­der təklifi və bank təminatı istisna olmaqla) 5 iyul 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatını isə 13 iyul 2021-ci il saat 11.00-a qədər portal vasitəsi ilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 14 iyul 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

11 İyun 2021 00:01 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 İyun 2021 | 06:07
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə