Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“NARGIS” nəşriyyat evi Dənizkənarı Milli Parkda sərgi təşkil edib

Dənizkənarı Milli Parkda “NARGIS” nəşriyyat evinin “Reduce, Reuse, Recycle, Respect” adlı sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgidə 15 instalyasiya, həmçinin Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin portreti" paneli yer alıb. Bu əsər Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “NARGIS” nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsində qalib seçilib.

“NARGIS” nəşriyyat evinin direktoru Aytən Hüseynova tədbirdə çıxış edərək sərginin məqsədindən danışıb.

Təhsil naziri Emin Əmrullayev ətraf mühitlə ünsiyyətin bir mədəniyyət olduğunu bildirib və “NARGIS” nəşriyyat evinə təkrar emala yararlı tullantı mate­riallardan belə bir sənət əsərləri yarat­dıqları üçün təşəkkür edib. O, həmçinin uşaqların belə bir sərgidə iştirakının, onlara ətraf mühitə düzgün münasibət göstərməyi öyrətmək üçün ən yaxşı vasitə olduğunu qeyd edib.

Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov çıxış edib.

Layihə Təhsil Nazirliyi, İqtisadiy­yat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Göyçay Ra­yon İcra Hakimiyyəti, Şamaxı Rayon İcra Hakimiyyəti, Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO), “Azərsu” ASC, “AzərEnerji” ASC, Azərbaycan Res­publikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “Bakı Fond Birjası” QSC, “Azercell Telekom” MMC, “Azersun” Holdinq, “Carlsberg Azerbaijan”, “Baku Steel Company”, “SMTS” MMC, “Bakı Met­ropoliteni” QSC və “Tekfen İnşaat”ın dəstəyi ilə təşkil edilib.

Sərginin açılışında “NARGIS” nəşriyyat evinin partnyor və dostları, dövlət qurumları, Azərbaycanda akk­reditasiya olunan səfirliklər, təşkilatlar, banklar, sığorta və digər şirkətlər, habelə rəssamlar, heykəltəraşlar, qaleristlər iştirak edib. Tədbirdən sonra “Make the Earth Smile Again” sərgisinin açılışındakı kimi “NARGIS” jurnalının komandası bulvarda ağac əkib.

“Reduce, Reuse, Recycle, Respect” sərgisi Dənizkənarı Milli Parkda iyunun 10-dan avqustun 1-nə kimi ziyarətçilər üçün açıq olacaq.

Sərginin nümayiş olunduğu müddətdə 5–15 yaşarası uşaqlar üçün ustad dərsləri keçiriləcək. Ekskursiyalar ərzində uşaqlar tullantıların düzgün utilizasiyası, təkrar emal edilə bilməyən materialların zərəri və tullantıların sənət əsərlərinin yaradılması məqsədilə istifadə olunması haqqında dolğun məlumat alacaqlar. İştirakçılar 5–10 və 10–15 yaş qruplarına ayrılacaq. Həmçinin məktəblər üçün ekskursiyala­rın təşkili də nəzərdə tutulub.

10 İyun 2021 23:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə