Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərpa-quruculuq işləri Qarabağı işıqlı sabahlara qovuşduracaq

Bu gün ümummili lider Heydər Əliyevin ruhu şaddır. Çünki yeni əsrdə onun ideyalarının layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli tərəqqi yolu keçərək, tarixin ən qüdrətli dövrünü yaşayır. Bütün sahələrdə hərtərəfli inkişafın nəticəsində Azərbaycan regionda əsas söz sahibinə çevrilib. Biz 44 günlük Vətən müharibəsində mənfur qonşula­rımızın işğalçılıq siyasətinə son qoymuş, torpaqlarımızı yağı tapdağından azad etmişik. Bununla da ulu öndərin Şuşanın azad olunması ilə bağlı arzuları çin olub, vəsiyyəti yerinə yetirilib.

 

Qarabağın digər bölgələri ilə bərabər, dilbər guşəmiz olan Şuşada yenidənqurma işləri geniş vüsət alıb. İyirmi səkkiz illik erməni işğalından sonra azadlığına qovuşan Şuşanın müasir infrastrukturu yaradılır, kommunikasiyası təzələnir, tarixi binaları, yaşayış məntəqələri, abidələr restavrasiya olunur. Baxdıqca, gördükcə qürur duyursan ki, bütün bu proseslər şəhərin tarixi simasının özünə qaytarılması məqsədilə özəl, orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir.

Dövlətimizin başçısı bu il mayın 7-də “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” sərəncam imzalayıb. Mədəni abidələrlə zəngin olan Şuşada bərpa işləri sürətlə həyata keçirilir. Şəhərin yeni Baş planı hazırlanıb və böyük səylə icra olunur. Şəhərdə yerləşən Molla Pənah Vaqifin məqbərəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə əvvəlki görkəminə qaytarılır. Şuşa Rəsm qalereyası, Xalça muzeyi, eyni zamanda, İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin yadigarı olan Yuxarı Gövhər ağa məscidində bərpa işləri aparılır. Hətta XIX əsrin yadigarı olan, o zaman Zərdüşt məbədi üzərində inşa olunmuş Qazançı kilsəsi də bərpa olunmaqdadır. Beləcə, Böyük qayıdış çərçivəsində abidələrimiz bərpa olunduqca, tarixi-mədəni irsimiz azad olunmuş ərazilərə qaytarıldıqca Azərbaycan dövlətinin sülhə, inkişafa və tərəqqiyə yönəlmiş siyasəti öz təntənəsini yaşayır. Ötən ay Şuşada “Xarıbülbül” festivalının böyük uğurla keçirilməsi Azərbaycanın bərpa və mədəni quruculuq amalının nümayişi olub. Şuşada tarixi-mədəni abidələrin bərpası şəhərə Azərbaycan ruhunun qayıdışı və pərvərişi deməkdir.

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında çox böyük layihələri həyata keçirməsi sabaha nikbin nəzərlərlə baxmağımızı şərtləndirən amillərdəndir. Dost ölkələr, dünyanın tanınmış şirkətləri də bərpa-quruculuq proseslərinə fəal qoşulublar. Avropa İttifaqının Azərbaycanla birgə iqtisadi layihələri reallaşdırması pozitiv amildir. Aİ-nin Mərkəzi Asiya ölkələri ilə əlaqələri inkişaf etdirmək səyləri də məhz Azərbaycan vasitəsilə həyata keçmək perspektivinə söykənir. Bu kontekstdə ölkəmizin nəqliyyat-logistika imkanları xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin beynəlxalq dialoq pəncərəsi platformasında ifadə etdiyi “Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq” fikri bu baxımdan böyük nikbinlik yaradır.

İşğaldan azad edilmiş Ağdam şəhərinin yenidən qurulması üçün işlərə, necə deyərlər, bütün cəbhə boyu başlanılıb. İlkin olaraq işğal dövründə ermənilər tərəfindən dağıdılmış tikililərin söküntüsü həyata keçirilir. Bu işlərə xeyli sayda texnika cəlb olunub. İşğaldan azad edilmiş ərazilərimizə yolların çəkilməsi qayıdışın ilkin şərtlərindəndir. Bu məramla Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulması da davam etdirilir. Mayın 28-də Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlini Ətyeməzli kəndinin girişində, Uzundərə adlanan yerdə qoyub. İndi orada işlər sürətlə gedir. Tezliklə yolun inşası da başa çatacaq, Ağdam da bərpa olunacaq. Dövlət başçısının dediyi kimi, elə bir Ağdam qurulacaq ki, bütün dünya üçün örnək olacaq. 27 il Vətən həsrəti ilə yaşayan ağdamlılar bu yolla yenidən qurulan gözəl Ağdama qayıdacaqlar. Bəli, bu, adi bir yol tikintisi deyil – Böyük Qayıdış yoludur.

Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilana səfəri çərçivəsində Beynəlxalq Hava Limanının, Ağalı kəndində birinci “ağıllı kənd” pilot layihəsinin təməlqoyma mərasimlərində iştirakı Azərbaycanın öz problemlərini özünün həll etmək iqtidarında olması, regionda möhkəm sülhə nail olmaq amalı barədə dünyaya ismarıc idi. Belə tədbirlərimiz hələ çox olacaq.

Bu gün Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcərdə də mühüm bərpa layihələri hazırlanaraq həyata keçirilir. Ərazilər düşmənin basdırdığı minalardan təmizlənir, istehsal və emal sahələri, su, işıq və digər kommunal xidmətlər bərqərar edilir ki, yaxın zamanlarda doğma Qarabağımızda məskunlaşdırma proseslərinə start verilsin.

Afət QARAYEV,

Sumqayıt şəhər “Ximeksport-A” MMC-nin direktor müavini

11 İyun 2021 00:45 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə