Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 167                   Bakı şəhəri, 9 iyun 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemi­yası dövründə Azərbaycan Respubli­kasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respub-lika­sı Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 789; Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2021-ci il 1 may tarixli 124 nömrəli və 1 iyun tarixli 156 nömrəli qərarları) ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.1-ci yarımbəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qay­dalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənir.”.

2. 2.1.2-ci yarımbənd ləğv edilsin.

3. 2.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.3. Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul edirlər:

2.1.3.1. əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:

1. yaşı 18-dən yuxarı sərnişinləri – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2. 1-18 yaş arasında sərnişinləri – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2.1.3.2. Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə – uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID–19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.”.

4. 2.1.4-cü yarımbənddə “arayışı” sözü “sənədləri” sözü ilə əvəz edilsin.

5. 2.1.5-ci yarımbənd üzrə:

5.1. “Arayışın” sözü “COVID-19 pasportunun və arayışın” sözləri ilə əvəz edilsin;

5.2. “arayışda” sözü “belə sənədlərdə” sözləri ilə əvəz edilsin.

6. 2.6-cı bənd ləğv edilsin.

7. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin mövcud­luğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən ibarət postlar fəaliyyət göstərir.”.

8. 4.3-cü bənd aşağıdakı redaksiya­da verilsin:

“4.3. Sərnişindən aviadaşıma üçün baqaj qəbul edildikdən sonra həmin baqaj emal zonasında UV şüa cihazı ilə dezinfeksiya edilir.”.

9. 5.1.1-ci yarımbənddən “üz sipərləri” sözləri çıxarılsın.

10. 6.5-1-ci yarımbəndə “sərnişinlərdə” sözündən sonra “COVID-19 pasportu və” sözləri əlavə edilsin.

11. 9.1.5-ci yarımbəndin birinci cümləsi ləğv edilsin.

12. 9.2.7-ci yarımbənddən “birdəfəlik istifadə qabları,” sözləri çıxarılsın.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

11 İyun 2021 00:06 -
17 İyun 2021 | 18:09
Sabahın HAVA PROQNOZU
12 İyun 2021 | 16:00
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə