Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycandan 13 həkim Türkiyədə 6 aylıq kurs keçəcək

TƏBİB-in tabeliyində olan K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Ankara Şəhər Uşaq Xəstəxanası arasında imzalanmış “Niyyət Protokolu”na əsasən İnstitutun 13 əməkdaşı 6 aylıq kurs keçmək məqsədilə Ankaraya yola salınıb.

TƏBİB-dən "Xalq qəzeti"nə verilən xəbərə görə, yolasalma mərasimində iştirak edən TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri Emil İskəndərov və TƏBİB-in həkim koordinatoru Kamran Cavadov səfərin Azərbaycan səhiyyəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

10 İyun 2021 20:11 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə