Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 37 162 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 670, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 492 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 662 038, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 712 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 949 920 təşkil edir.

10 İyun 2021 17:09 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə