Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN çimərlik mövsümünün başlaması ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümü ilə əlaqədar təhlüksizlik qaydaları ilə bağlı məlumat yayıb.

"Xalq qəzeti" FHN-in saytına istinadən xəbər verir ki, veridiyi xəbərə görə, çimərlikdə xoş zaman keçirmək üçün nazirlik bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.
Yeni növ koronavirusdan qorunmaq məqsədilə:
- çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!
- qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!
- özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!
Həmçinin, qadağandır:
- nəzərdə tutulmamış ərazilərdə çimmək!
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
- küləkli havada dənizə girmək!
- çimərlikdə gecələmək!
- sərxoş halda çimərlikdə olmaq!
- suda kobud hərəkətlər etmək!
- çimərlikdə balıq tutmaq!
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
- Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!

10 İyun 2021 12:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə