Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün ilin ilk Günəş tutulması başlayıb

İyunun 10-da bu ilin ilk Günəş tutulması hadisəsi baş verəcək.

Şamaxı Astrofizika Rəsədxanasından "Xalq qəzeti"nə verilən məlumata görə, bu tutulma həlqəvari Günəş tutulmasıdır.

Tutulma hadisəsi saat 12:12:15-də başlayıb və 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.

Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

10 İyun 2021 12:16 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə