Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və Türkiyə vətəndaşları bu gündən müntəzəm təyyarə reysləri ilə Azərbaycana səfər edə biləcək

Bu gündən Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.

"Xalq qəzeti" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixdə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına 2021-ci il 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına aşağıdakı qaydada icazə verilir:

- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə - yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- 1-18 yaş arasında olan şəxslərə münasibətdə - yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

10 İyun 2021 10:41 - İQTİSADİYYAT
İQTİSADİYYAT
19 İyun 2021 | 10:46
Təbii qaz ucuzlaşıb
19 İyun 2021 | 09:37
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə