Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səfir Cahit Bağçı: Azərbaycan dünyada ərazi bütövlüyünü təmin edən güclü dövlətdir

Öncə, Qarabağ Zəfərinə görə Azərbaycan xalqını, qəhrəman ordusunu və onun Zəfər Ko­mandanı cənab İlham Əliyevi təbrik edirəm. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi rəhmətlik Heydər Əliyevin vəsiyyəti idi. Və Heydər Əliyevin xalqı, övladı işğala son qoy­du, bu vəsiyyəti yerinə yetirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri rəhmətlə anıram, ailələrinə səbir diləyirəm. Şəhidlərimizin övladları sizə və bizə əmanət. Yaralılara, qazilərə də uzun ömürlər, şəfalar diləyirəm. Qarabağ Zəfəri önəmli bir dönüş nöqtəsidir. İşğal edilmiş torpaqların ilk dəfə müharibə yolu ilə azad olunması yolunda verilən mücadilənin adıdır. Sizin də qeyd etdiyiniz kimi, bu zəfərin qazanıl­masında Türkiyə mənəvi və siyasi dəstək verib. Bundan sonra da ərazi bütövlüyünün qorunması yönündə Azərbaycanın yanında­dır. Və Türk dünyası da yanında olacaqdır. Artıq Azərbaycan dünyada ərazi bütövlüyünü təmin edən güclü dövlətdir. Şərqdən Qərbə keçən bütün dəhlizlərin mərkəzi Azərbaycandır.

 

Bunu Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Cahid Bağçı "Xalq qəzeti"nə müsahibəsində qeyd edib.

 

Səfir bildirib ki, bundan sonrakı əlaqələr strateji önəm da­şıyır. Türkiyə bu strateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün Azərbaycanla müzakirələr aparır.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış dövründə bərpa və quruculuq işlərində Türkiyə şirkətlərinin iştirakındfan danışan səfir deyib:

 

-Əvvəlcə Qarabağın mina­lardan təmizlənməsi önəmlidir. Türkiyə bu istiqamətdə texniki təchizat daxil olmaqla lazımi dəstəyi verir. Əsas məqsəd tez bir zamanda yolların açılması­dır. İnsanların məcburən tərk etdikləri ata yurdlarına, doğul­duqları torpaqlara qayıdışı, təkrar məskunlaşması ilə bağlı demoq­rafik strukturun planlaşdırılma­sıdır. Kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq, sənaye üzrə əhalinin məşğulluğunun təmin edilməsində, doğma torpaqlarına qayıdan insanların işləyəcəkləri sahələr üzrə peşə və təhsilin verilməsində, yeni infrastrukturun qurulmasında və bərpa işlərinin təşkilində Türkiyə dövləti və türk şirkətləri hər cür dəstəyi verməyə hazırdır. Türkiyə sadəcə infrast­rukturda deyil, digər sahələrdə də iştiraka hazırdır. Bu işlər artıq texniki səviyyədə icra olunur. Bu gün bir çox mütəxəssis ətraf mühit, kənd təsərrüfatı, hey­vandarlıq sahələrində aidiyyatı üzrə nazirliklərlə görüşlər aparır. Toxumçuluqdan meyvəçiliyə, heyvandarlıqdan suvarma­ya, meşəçiliyə qədər müxtəlif sahələrdə bilik və bacarıqlarını tətbiq etməklə, eyni zamanda bu sahələr üzrə təhsil verməklə Qarabağa Böyük Qayıdışa töhfə verməyə çalışırlar. Bu iş birliyi bölgələr üzrə həyata keçirilir. Əvvəlcə Şuşanın tikinti və adadlı­ğı, daha sonra Ağdamın yenidən qurulması istiqamətində bərpa - inşaat işlərinə başlanılıb. Cümhur başqanlığının, hökumətin elanına əsasən Türkiyə iştirakı tələb olu­nan hər yerdə var.

                                                                                                                                                                                  Leyla Rəşid,

                                                                                                                                                                                   "Xalq qəzeti"

 

10 İyun 2021 09:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə