Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsi

2021-ci il üçün qazanxana avadanlıqlarının, su nasoslarının, elektrik tənzimləyicilərinin təmiri və texniki qulluğun göstərilməsi, generatorların yağ və filtirlərinin dəyişdirilməsi xidmətlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablama­lıdırlar.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. İddiaçı qismində ixtisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri açıq tenderdə iştirak edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

İştirak haqqı 250 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

B1. Benefisiar (alan) bank

Adı - Dövlət Xəzinədarlığı Agentliyi

Kod - 210005

VÖEN - 1401555071

M/h - AZ41NABZ 01360100000000003944

SWIFT BIK CTREAZ22

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı-DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

H/h - AZ44CTRE 00000000000002458570

VÖEN - 1500426471

D3. Büdcə təsnifatının kodu - 142330

D4. Büdcə səviyyəsinin kodu - 7

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı,

yerləşdiyi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə möhürlənib imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (portal vasitəsi ilə təqdim olunur);

- tender təklifi (zərflərin açıldığı tarixdən son­ra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır). Bank təminatını təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- analoji işlərdə təcrübəsi, iddiaçının poten­sial texniki və kadr imkanları haqqında rəsmi məlumat (xidmətlərin göstərilməsində təcrübəsi, ixtisaslı kadr və texniki imkanları (işçi qüvvəsinin olması) barədə məlumatlar sənəddə öz əksini tapmalıdır.);

- xidmətlərin (işlərin) yerinə yetirilməsi üçün müvafiq lisenziya (və ya icazəyə malik olması);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (təşkilatın təsisçisinin və ya direktorunun şəxsiyyət vəsiqəsinin surəti);

- satınalma prosedurlarının başlanmasın­dan əvvəlki 5 il ərzində cinayətə görə məhkum olunmaması barədə məlumatlar (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN xidmət mərkəzlərindən (məhkumluqla bağlı arayış) alır);

- iddiaçının mikro, kiçik, orta və iri sahibkar­lıq subyektlərinə aid olması ilə bağlı məlumat (Dövlət Statistika Komitəsindən arayış alınır).

Sənədlər Azərbaycan dilində tərtib olunma­lıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haq­qında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün sənədləri 5 iyul 2021-ci il saat 16.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 13 iyul 2021-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təklifləri 14 iyul 2021-ci il saat 16.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

10 İyun 2021 00:27 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 İyun 2021 | 06:07
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə