Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın HAVA PROQNOZU

İyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

İyunun 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən iyunun 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

9 İyun 2021 18:13 - EKOLOGİYA
EKOLOGİYA
2 Avqust 2021 | 18:57
Sabahın hava proqnozu
31 İyul 2021 | 18:19
Sabaha olan hava proqnozu
29 İyul 2021 | 18:08
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə