Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı rejissor Özbəkistandakı ziyarətgahla bağlı film çəkir

 

 

Özbəkistanın "Dunyo boylab" televiziya kanalı Özbəkistandakı ziyarətgahların çəkilişi ilə bağ­lı layihəyə start verib. Çəkilişinə başlanan "Müqəddəs ziyarətgah" adlanan birinci sənədli film Daşkənd vilayətinin Kumuşqan kəndindəki "Həzrət Əli Buvə" ziyarətgahıdır.

Abidə Böyük İpək Yolu üzərində, bu ərazinin ən yüksək nöqtəsində yerləşir. Ziyarətgah orta əsr memarlığının nadir nümunələrindən biridir. Abidənin içərisində və çöl divarlarında Quran ayələri həkk edilib.

Yerli əhali və xarici səyyahların ziyarət etdiyi abidənin həyətində olan qədim çinar ağacının ya­nındakı bulağın suyu bir çox xəstəliyin dərmanıdır. Filmin ssenari müəllifi Qafur Baratov, rejissoru və operatoru soydaşımız Eldar Məmmədov, bədii rəhbər Nadir Tölaqanovdur.

Əməkdar mədəniyyət işçisi Eldar Məmmədov 50-dən çox film və teletamaşanın müəllifidir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

9 İyun 2021 00:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
25 İyul 2021 | 00:51
Dahi şairin adına layiq

Köhnə versiyamızdan xəbərləri izlə