Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 164             Bakı şəhəri, 7 iyun 2021-ci il

“Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1620) ilə təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın 2.9-cu bəndi aşağıdakı redaksiyada verilsin:

“2.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən TSEK-in qəbul etdiyi qərarın dəyişdirilməsi barədə qərar qəbul edildiyi halda əlilliyi olan şəxsin Fərdi proqramına yenidən baxılması məqsədilə TSEK həmin şəxsi dəvət edir. Bununla əlaqədar MEİS üzərindən həmin əlilliyi olan şəxsin əlaqə vasitələrindən birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) məlumat göndərilir.”.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə