Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadiyyat və təhsil sahələri arasında inteqrasiyanın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin təhsil naziri Emin Əmrullayevlə görüşüb.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə nazir M. Cabbarov tvitter hesabında yazıb.

Nazir bildirib ki, görüşdə iqtisadiyyat və təhsil sahələri arasında inteqrasiyanın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

"İnnovativ iqtisadiyyatın qurulması təhsil sistemi ilə birbaşa bağlıdır. Azərbaycanın ali təhsil müəssisələri, peşə məktəbləri, liseylər və məktəbləri, uşaq bağçaları innovativ iqtisadiyyata keçid üçün alternativsiz bazadır", - nazir qeyd edib.

2 İyun 2021 10:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə