Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MN: Ermənistan tərəfdən Kəlbəcər və Gədəbəydəki mövqelərimiz atəşə tutulub

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

 Müdafiə Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.

26 May 2021 14:11 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
1 Dekabr 2021 | 11:08
DYP işçi qəbulu elan edib

Köhnə versiyamızdan xəbərləri izlə