Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəy: şəhidlərə həsr olunmuş kitabın təqdimatı

 

 

Gədəbəy Rayon İcra Hakimiyyətinin və “Sağlamlığın Qorunması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçiril­mişdir.

Təqdimat mərasimində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Müstafayev, millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağı­yev, Sevinc Hüsynova, həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva və başqaları iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək “Gədəbəy rayonu­nun Şəhidləri” kitabının şəhidlərimizə əbədi ehtiram əlaməti məqsədilə çap olunduğunu diqqətə çatdırmış və demişdir ki, şəhid ailələrinə və qazilərimizə hərtərəfli yardım və dəstək göstərmək bizim hər birimizin mənəvi borcudur. Bu işdə icra nümayəndələri də fəallıq göstərməli, yerlərdə həmin kateqoriyadan olan insanların problemləri ilə maraqlanmalı, diqqət, qayğı göstərməlidirlər. Rayon rəhbəri demişdir ki, şəhid ailələrinə və qazilərə ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğı nümunəsi hamımız üçün bir örnək olmalı, bunu həm vəzifə, həm də mənəvi borcumuz kimi qəbul etməliyik.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

26 May 2021 00:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
1 Dekabr 2021 | 11:08
DYP işçi qəbulu elan edib

Köhnə versiyamızdan xəbərləri izlə